Paşinyanın İlham Əliyevlə debatda adını çəkdiyi qəzet: “Mütəllibov belə fikir səsləndirməyib”

Ermənistan Baş naziri Nikol Paşinyanın fevralın 15-dən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatda Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovla bağlı səsləndirdiyi fikrini istinad etdiyi “Arqumenti i faktı” qəzeti məsələ ilə bağlı rəsmi açıqlama yayıb. 

Oxu.Az xəbər verir ki, nəşrin rəsmi saytında yer alan məlumatda N.Paşinyanın fikirlərini təkzib edib:

“Ermənistan baş naziri fikirlərində yanılıb. Xatırladaq ki, Mütəllimov 1992-ci ildə qəzetimizə müsahibə verməyib. 1995-ci ildə Ayaz Mütəllibovun “Arqumenti i faktı” qəzetinə müsahibəsində isə o, Xocalı qətliamı ilə bağlı bu cür fikirlər səsləndirməyib”.

Qeyd edək ki, N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə debatda belə bir fikir səsləndirmişdi:

“90-cı illərin ortalarında Azərbaycanın keçmiş Prezidenti Ayaz Mütəllibov Rusiyanın “Arqumentı i Faktı” qəzetinə müsahibəsində bildirmişdi ki, Xocalıdakı təxribat onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Azərbaycan müxalifəti tərəfindən hazırlanmışdı”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu