Bakı metrosu dezinfeksiya ediləcək

Sabahdan etibarən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq.

Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: "Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu