Ermənistanda siyasi böhran: “Qarabağ klanı” ilə Paşinyan arasında savaş qızışır

Ermənistanda daxili siyasət yenidən gərginləşib. “Qarabağ klanı” ilə Nikol Paşinyan hökuməti arasında qarşıdurma, siyasi mübarizə artıq açıq müstəvidə aparılır. “Jamanak” qəzetinin məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan Koçaryan ailəsi ilə gücünü birləşdirir. 

Məlumata görə, eks-prezident Robert Koçaryanın oğlu Sedrak Koçaryan Vanetsyanla birgə partiya yaratmağı planlaşdırır. Qeyd edək ki, bundan öncə Vanetsyan partiya yaradacağını və bunun Ermənistanın ən böyük müxalifət partiyası olacağını açıqlamışdı.

Eks-rəhbərlərin Ermənistan baş naziri Nikol Paşinyanla mübarizəsini Sherg.az-a dəyərləndirən politoloq Turan Rzayev bildirib ki, köhnə komandanın yenidən hakimiyyəti ələ keçirməsi o qədər də inandırıcı görünmür. 



Turan Rzayev: “Köhnə komandanın yenidən hakimiyyəti ələ keçirməsi o qədər də inandırıcı görünmür”


Analitikin fikrincə, bu gün “Qarabağ klanı”nın sadəcə adı qalıb: 

“Ümumiyyətlə, köhnə hakimiyyətlərdən geriyə sadəcə onların əməlləri qalır. “Qarabağ klanı” artıq keçmiş hakimiyyətdir. Bu tendensiya sadəcə MDB məkanında deyil, dünyanın əksər ölkəsində belədir. İqtidar hər zaman müxalifətdən ehtiyat edir. Bu da bir növ iqtidara təsir mexanizimidir. Hazırda Ermənistanda Paşinyanı hakimiyətdən devirəcək, yaxud onu əvəzləyəcək güclü müxalifət, xalqın dəstəyinə arxalanan siyasi qüvvə yoxdur. “Qarabağ klanı”nın Ermənistan üçün heç bir müsbət addımı olmayıb. Xeyirdən daha çox ziyan veriblər. O baxımdan köhnə rəhbərlərin yenidən hakimiyyəti ələ keçirməsi qeyri-realdır. Əlbəttə, bunu başqa bir müxalif partiya edə bilər, amma məhz “Qarabağ klanı”nın yenidən dirçəlməsi və güc sahibi olması inandırıcı deyil”. 

Siyasi şərhçi xatırladıb ki, sabiq erməni rəhbərlərindən fərqli olaraq Paşinyan inqilab yolu ilə hakimiyyətə gəlib: 

“Erməni baş nazir Sarkisyan-Koçaryan cütlüyündən fərqli olaraq birbaşa ruspərəst siyasət həyata keçirmir, bir növ “balanslaşdırılmış” siyasət aparmağa çalışır. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda hər kəs yenidən Rusiyadan asıllıq istəmir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu