Pənahovla namizəd arasında mübahisə: "Məzahir müəllim, necə olur ki..."

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahovla 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi üzrə deputatlığa namizəd Sitarə Zeynalova arasında mübahisə yaranıb. 

Oxu.Az-ın xəbərinə görə, namizədin şikayətində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsinin adını yazması MSK sədrinin iradına səbəb olub. 

M.Pənahov S.Zeynalovaya bildirib:

“Siz necə olur ki, Gəncə ilə Suraxanını qarışdırırsınız?”

Şikayətçi isə bunun texniki səhv olduğunu bildirib.

M.Pənahov qeyd edib ki, müraciətdə belə səhvlərin olması namizədin iddialarına inamın azalması üçün şərait yaradır.

Namizəd isə cavabında bildirib:

“Məzahir müəllim, necə olur ki, siz texniki səhvi görürsünüz, amma qanun pozuntuları haqda danışmırıq”. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu