Türkiyə ordusu Suriyada hərbi əməliyyata başladı

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsinə yerləşməyə başlayıb.

“Hürriyyət” nəşri xəbər verir ki, Türkiyə ordusu Suriya hökumət qüvvələrinin əraziyə irəliləməsinin qarşısını almaq məqsədilə raket və qaubitsadan atəş həyata keçirib.

Suriya müharibəsini işıqlandıran jurnalist Çarlz Lister isə “Twitter” hesabında yazır ki, Türkiyə ordusu Suriyanın Neyrab şəhərində hərbi əməliyyatlar keçirir.

Ərazi artilleriya atəşinə tutulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu