Masazırdakı tüstülənmə sakinləri təşvişə saldı

Masazırda yanğın hadisəsi baş verib.  Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat verib. 

Bildirilir ki, havaya qalxan qara qatı tüstü ərazidəki insanları vahiməyə salıb. 

Təcili olaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. 

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildiriblər ki, hadisə avtomobil təmiri sexində qeydə alınıb. 

Belə ki, sexdə tüstülənmə baş verib. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu