Keçmiş məhkumlar tutuldu: Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhsəti qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Rəhimov Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 448 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qarayevin evindən 440 qram marixuana aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu