Portuqaliyalı futbolçudan gözlənilməz addım: Koronavirusun yayıldığı şəhərdə oynayacaq

İspaniyanın “Sevilya” klubunun portuqaliyalı müdafiəçisi Daniel Karisu gözlənilməz addım atıb.

Oxu.Az xəbər verir ki, oyunçu koronavirusun yayıldığı Çinin Uhan şəhərini təmsil edən “Uhan Çjoer” klubuna transfer olub.

“Sevilya”da 6,5 ildir ki forma geyinən futbolçunun bu addımı sosial mediada gündəmə çevrilib. Onun barəsində “bəlli ki xəbərləri izləmir”, “kiminsə ona koronavirus haqda bir şey deməsi lazımdır” şəklində fikirlər səsləndirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu