Lənkəranda tənha yaşayan qadının evinə basqın edilib

Lənkəranda qadının evinə basqın olub.

APA-nın məlumatına görə, hadisə rayonun Separadi kəndində qeydə alınıb.

Gecə saat 3 radələrində kənd sakini, 1966-cı il təvəllüdlü Durdanə İbadovanın evinə naməlum şəxs pəncərədən girib, qadının sifətindən tutub sıxaraq boynundan qiyməti 800 manat dəyərində olan qızıl boyunbağı və 800 manat dəyərində olan mobil telefonunu götürərək qaçıb.

Faktla bağlı Lənkəran Polis Şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu