Ərdoğanın Azərbaycana səfərinin tarixi bilindi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix bəlli olub.

Türkiyə mətbuatının məlumatına görə, bu barədə Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın açıqlama verib.

Onun sözlərinə görə, prezident R.T.Ərdoğanın Azərbaycana səfəri fevralın 25-də baş tutacaq.

Ölkəmizə bir günlük səfər edəcək R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu