Azərbaycanın Avropada ən çox güvəndiyi tərəfdaş ölkələrdən biri İtaliyadır - ŞƏRH

Fevralın 19-da Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri baş tutub. Bu səfər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Diqqətə səbəb olacaq məqamlar isə saysız-hesabsızdır. Çünki, İtaliya Azərbaycan üçün vacib tərəfdaşlardan biridir.

Bu baxımdan səfərin əhəmiyyəti heç də diqqətdən kənarda qala bilməz. Ölkəmizlə İtaliya arasında geniş ticarət dövriyyəsinin olduğunu nəzərə alsaq görərik ki, ölkə başçısının səfəri həqiqətən də diqqətə layiqdir. Xüsusən Azərbaycan cəmiyyəti bu səfərə böyük əhəmiyyət verir.

Prezidentin səfərini Sherg.az-a dəyərləndirən siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya rəsmi səfəri yalnız ölkəmizdə deyil, eyni zamanda Avropada diqqətlə izlənilməkdədir.

Analitik vurğulayıb ki, İtaliya ilə Azərbaycan, eləcə də Avropa Birliyi arasında  çoxşaxəli münasibətlər sistemi mövcuddur:



Azər Həsrət: “İtaliyada sazişlərin, memorandumların və qarşılıqlı anlaşmaların imzalanması, ümumilikdə geniş tərkibli heyətlə danışıqların aparılması, razılaşmaların əldə edilməsi olduqca mühümdür”


“Bu münasibətlərin bizə lazım olan üstün səviyyəyə yüksəldilməsində hər zaman İtaliyanın mühüm rolu olub. Ümumiyyətlə, Azərbaycanın Avropada ən çox güvəndiyi tərəfdaş ölkələrdən biri İtaliyadır. Əlbəttə ki, istər İtaliyanın Azərbaycana, istərsə də Azərbaycanın İtaliyaya münasibəti birmənalı şəkildə dostları sevindirəcək səviyyədədir. Bu baxımdan Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çox önəmli və əhəmiyyətlidir. İtaliyada sazişlərin, memorandumların və qarşılıqlı anlaşmaların imzalanması, ümumilikdə geniş tərkibli heyətlə danışıqların aparılması, razılaşmaların əldə edilməsi olduqca mühümdür. Bütün bunlar eyni zamanda Azərbaycan dövlətinin və xalqının mənafelərinə cavab verir. Həmçinin Azərbaycan- Ermənistan münaqişəsinin həllində də İtaliya ölkəmizə qarşı birmənalı olaraq ədalət mövqeyindən çıxış edir. Bu məqamı unutmalı deyilik. Hətta bəzən düşünürük ki, ATƏT-in Minsk qrupunun həmsədrliyində Fransanın yerinə İtaliya olsaydı, bəlkə də işlər daha sürətlə gedərdi. Çünki həqiqətən də İtaliya Qarabağ məsələsində tərəfsizliyini qoruyur, eyni zamanda Azərbaycanın ədalətli mövqeyinə hörmətlə yanaşır. Bu baxımdan Prezidentimizin İtaliyaya rəsmi səfəri böyük əhəmiyyət kəsb edir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu