Bakıda uşaq poliklinikasında tüstülənmə

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən uşaq poliklinikasında yanğın olduğuna dair məlumat yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, onlara yanğınla bağlı heç bir məlumat daxil olmayıb.

FHN-dən verilən məlumata görə isə sözügedən uşaq poliklinikasında yüngün tüstülənmə qeydə alınıb. Hadisə ilə bağlı müvafiq təhlükəsizlik tədbirlər görülüb. 

Qeyd edək ki, Bakıda yanğın hadisəsi baş verib. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 17 saylı uşaq poliklinikasında qeydə alınıb.
Məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi əraziyə yollanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu