MSK-nın iclasında ilk qərar verildi

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

Daxil olmuş müraciətlər barədə MSK katibi Arifə Muxtarova, MSK-nın və Ekspert Qrupunun üzvləri məlumat veriblər.

MSK katibi Arifə Muxtarova bildirib ki, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə daxil olmuş şikayət müddəti ötdüyü üçün ərizəçiyə geri qaytarılmalıdır.

Daha sonra 25 saylı Nizami ikinci seçki dairəsi üzrə daxil olmuş şikayətə baxılıb. Ərizəçi iclasda iştirak etmədiyi üçün onun baxılması təxirə salınıb.

MSK bununla bağlı müvafiq qərarlar qəbul edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu