Culyetto Kyeza: "Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir"

"Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri əlamətdar hadisədir və Bakı ilə Roma arasında münasibətlərin inkişafı və möhkəmlənməsinə ciddi təkan verəcək".

Bunu Trend-ə italiyalı siyasətçi və jurnalist Culyetto Kyeza deyib. Onun sözlərinə görə, Azərbaycan liderinin İtaliyaya səfəri ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacaq:

"Azərbaycanla İtaliya arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir ki, bu da dövlətlərin qarşılıqlı maraqlarını göstərir. İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql olunur, ölkəmizin neft idxalında Azərbaycan birinci yeri tutur, infrastruktur, tikinti, nəqliyyat, kənd təsərrüfatı, eləcə də sənaye istehsalında əməkdaşlıq inkişaf edir. Azərbaycanla İtaliya arasında bir neçə il əvvəl imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi əməkdaşlığa mühüm təkan verdi və ikitərəfli münasibətləri daha yüksək səviyyəyə çıxardı. Bunun nəticəsi olaraq ildən-ilə humanitar əməkdaşlıq genişlənir, mədəni əlaqələr inkişaf edir. Hesab edirəm ki, enerji sahəsində ikitərəfli əlaqələr "Cənub Qaz Dəhlizi" layihəsinin tam reallaşması ilə daha da intensivləşəcək".

C.Kyeza əlavə edib ki, Azərbaycan regional əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasında aktiv rol oynayır və bu da dövlətin düşünülmüş xarici strategiyanın göstəricisidir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu