Türkiyə İrandan gələn bütün şəxsləri yoxlayacaq

İranla Türkiyə arasındakı sərhəd keçid məntəqələrində koronavirusa (COVID-19) qarşı tədbirlər gücləndirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Hoca məlumat verib.

Nazir fevralın 20-dən etibarən İrandan Türkiyəyə gələn bütün şəxslərin termokameralar vasitəsilə yoxlanıldığını bildirib. Sərhəd keçid məntəqələrinə tibbi heyət yerləşdirilib.

İranın Səhiyyə naziri Səid Nəmaki ilə telefon danışığı apardığını bildirən F.Hoca Türkiyə Respublikası olaraq İran xalqının yanında olduqlarını bildirib. O, qonşu dövlətə lazımi hər cür dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu