Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi



Meksikanın ən qüdrətli narkokartellərinin birinin başçısının oğlu Birləşmiş Ştatlara verilib.

Modern.az  xəbər verir ki, “El Mençito” ləqəbli Ruben Osegera Qonsalez “narkotiklərin qaçaqmalçılığı və ABŞ-a ötürülməsi ilə bağlı qəsd” cinayəti ilə suçlanaraq hüquq-mühafizə orqanları tərəfindən meksikalı həmkarlarından təhvil alınıb.

Amerika Birləşmiş Ştatlarında anadan olan Osegera Qonsalez “Xalisko” narkokartelinin rəhbəri sayılan Nemesio Osegera Ramosun oğludur.

Məhkəmə müdafiə tərəfinin ABŞ-a köçürülmənin qeyri-qanuni olduğu ilə bağlı vəsatətini rədd edib. İndi Osegera Vaşinqton federal məhkəməsində hakim və prokurorların suallarına cavab verməli olacaq.

Narkobaronun oğlu 2014-cü ilin yanvarından 2015-ci ilə qədər 4 dəfə həbs olunub. Onun karteldə atasından sonra 2-ci şəxs olduğu bildirilir.

ABŞ Ədliyyə Nazirliyi “Yeni nəsil Xalisko” kartelini ən təhlükəli mütəşəkkil cinayətkar qruplardan biri hesab edir.

Kartel 2010-cu ilin iyul ayında yaradılıb. Onun təsisçiləri Nemesio Osegera Ramos, Erik Valensiya və Martin Arsola Orteqa hesab olunur.

Qrup Meksikanın Qvadalaxara, Xalisko və Verakruz şəhərlərində nəzarəti əldə saxlayır. Burada onların ən böyük rəqibi Meksika ordusunun keçmiş elit əsgərlərindən ibarət “Los Zetas” kriminal təşkilatı sayılır.

İki kartel arasında gedən mücadilədə yüzlərlə insan qətlə yetirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu