Dövlət Miqrasiya Xidməti Salyan və Neftçalada səyyar xidmət təşkil edib


Dövlət Miqrasiya Xidmətinin (DMX) Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Salyan və Neftçala rayonlarında sənədsiz və qeydiyyatsız yaşayan 12 nəfərə yaşadığı ünvanda səyyar xidmət göstərilib.

DMX-dən bildirilib ki, onlardan beşinə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması, bir nəfərə isə tanınmaması ilə bağlı qərar təqdim olunub.

Müraciət edənlərdən biri müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, digəri vətəndaşlıq mənsubiyyətinin yenidən araşdırılmasını bildirən məktub, iki nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün tələb olunan sənədlərin siyahısını əldə edib.

Səyyar xidmətin təşkilində məqsəd vətəndaşların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunu, onların müraciətlərinin yerində və operativ həllini təmin etməkdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu