Səudiyyə Rusiya ilə neft ittifaqından çıxır

Səudiyyə Ərəbistanı Rusiya ilə neft hasilatıyla bağlı yaratdığı dördillik ittifaqdan çıxmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” yayıb. Qəzet Ər-Riyadın koronavirusun neft tələbatına təsirindən narahat olduğunu yazıb.

Ər-Riyadla Moskva arasında məhz bu məsələdə fikir ayrılığı yaşanıb. Belə ki, Rusiya Səudiyyədən fərqli olaraq neft hasilatının azaldılmasına qarşı çıxıb. Moskvanın fikrincə, Çin biznesi bərpa olunur, koronavirus isə neftə məhdud təsir göstərir.

Bununla belə Səudiyyənin Küveyt və BƏƏ ilə neft hasilatının daha 300000 barrel azaldılmasıyla bağlı danışıqlara başlayacağı bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu