Bakıda qızı vurub qaçan şəxs saxlanıldı

Bakıda 23 yaşlı qızı avtomobillə vurub qaçan şəxs saxlanılıb. Oxu.Az xəbər verir ki, hadisə yanvarın 26-da axşam saat 20 radələrində Nəsimi rayonu, D.Əliyeva küçəsində baş verib.

Naməlum avtomobil Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü T.Xıdırovanı vuraraq hadisə yerindən qaçıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub.

Müraciət üzrə Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində T.Xıdırovanı vuraraq, hadisə yerində qaçan Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü T.Məmmədli müəyyən olunaraq saxlanılıb. Onun hadisəni idarə etdiyi motosikletlə törətdiyi məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu