10 yaşında kabus yaşayır: "Balamız gözümüzün qarşısında əriyir..."


Adanada, genetik problem üzündən ayağında qanqren əmələ gələn 10 yaşlı Ekin Kaytan  1,5 ildir evindən çölə çıxa bilmir.

Ayağında çıxan sızanağa görə ailəsi onu xəstəxanaya aparıb. Burada ona  nadir rast gəlinən dəri xəstəliyi "piyoderma gangrenozum" diaqnozu qoyulub. Ayağında bir çox damarın olmadığı təsbit edilən Kaytan, hərəkət qabiliyyətini itirərək yatağa məhkum olub.

Qanqren səbəbindən hər keçən gün qaralan ayaq barmaqlarından biri alınan uşağın həyatı sanki kabusa dönüb.

 Maddi vəziyyətləri ağır olduğuna görə müalicəsini məhəllə sakinlərinin aralarında yığdıqları pullarla davam etdirən Kaytanın ailəsi dəstək gözləyir.


 "MƏN ARTIQ YAXŞILAŞMAQ İSTƏYİRƏM"

Gözyaşları içərisində 1,5 ildən bu yana yaşadıqlarına izah edən  Ekin Kaytan, ayağındakı yaralar səbəbiylə artıq acılar çəkmək istəmədiyini söyləyir.
Narahatlığı səbəbiylə yata bilmədiyini, çölə çıxa bilmədiyini və  hərəkətsiz qaldığını deyən Kaytan, "Çox acı çəkdim, gecəm gündüzümə qarışır. Çölə çıxa bilmirəm, oyun oynaya bilmirəm. Bəzən qonaqlar gəlir, uşaqlar oyun oynayır, amma mən oynaya bilmədiyim üçün onları qısqanıram. Məktəbə getmək, oynamaq, hərəkət etmək üçün darıxıram.  Mən artıq yaxşılaşmaq istəyirəm. Hər kəsin ayaqlarına baxıram, onların barmaqları qara deyil, amma mənimki sarğılı və qaradır" deyə danışır.

"Əlimiz, qolumuz bağlı, balamız gözümüzün qarşısında əriyir"


 
Anası Vildan Kaytan da 1,5 il əvvəl qızının sol ayağında sızanaq böyüklüyündə çıxan yaranın həyatlarını qarartdığını ifadə edir.

 Yaranın hər keçən gün böyüməsi və digər ayağına  keçməsi səbəbiylə həkimə getdiklərini dilə gətirən ana, qızı Ekinə nadir görünən bir xəstəliyin diaqnozunun qoyulduğunu söyləyir.

Dərhal dərman müalicəsinə başlandığını və yaraların azca da olsa yaxşılaşdığını qeyd edən ana daha sonra belə danışır:

 "Üç aylıq bir müalicə edildi, tam yaxşılaşır deyərkən, ayağının başqa bir yerində yenidən bir yara əmələ gəldi. Araşdırdılar və gen çatışmazlığı çıxdı. İki ayağının ana damarı yox kimi bir şeymiş. Ona görə dərmanlara reaksiya vermir və yaxşılaşa bilmir. İndi də barmaqlarını itirməyə başladı. Hazırda hiperbarik oksigen müalicəsini aparırıq. Əlimiz, qolumuz bağlı, balamız gözümüzün qarşısında əriyir."

Ata Sədat Kaytan isə qızı üçün əlindən bir şey gəlməməsinin onu qəhr etdiyini ifadə edərək "İki aylıq hesabatımız bitdi, artıq sığorta bu xidməti qarşılamır və özümüz qızımızı müalicəyə aparırıq. Məhəllə sakinləri sayəsində onların topladığı pulla müalicəni apara bildiyimiz qədər aparırıq. Zatən məndə bir şey qalmadı. Mənim nəyim var, nəyim yox 1,5 ildə ona xərclədim." deyə ürək ağrısı ilə danışır.

Uşağın həkimi Prof. Dr. Murad Durdu , uşağın narahatlığının ayaqda açıq yaraların əmələ gəlməsinə səbəb olduğunu izah edir.

 Əvvəl müalicələrlə Ekinin yaralarının bəzilərinin düzəldiyini vurğulayan Durdu, bunları qeyd edir:

"Ancaq, yeni yaralar əmələ gəlir. Test edildi və nadir bir genetik problem təsbit edildi. Ayaq barmaqlarında göyərmə olması səbəbiylə anjiografi çəkildi və ayaq damarlarının olmadığı, yan damarlarla qidalana bildiyi təsbit edildi. Ədəbiyyatda müəyyən damarların olmaması bildirilmiş, amma bütün damarların olmaması ilə qarşılaşmadıq. Damarlar kifayət qədər işləmədiyi üçün ayaqlarında nekrozları (qanqrenləşmə) irəliləmə göstərir. İndi Ekinə qismən bir fayda verən hiperbarik oksigen müalicəsi tətbiq edildi, digər bütün edə biləcəyimiz müalicələri yoxlayacağıq".

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu