"Xocalıya ədalət" - Berlində Ümumavropa Qarabağ Mitinqi keçirildi - VİDEO (YENİLƏNİB)

Almaniyada Ümumavropa Qarabağ Mitinqi keçirilib. Serq.az-ın xəbərinə görə, Berlində keçirilən mitinq Almaniya Azərbaycanlıları Alyansı tərəfindən təşkil edilib. 

Aksiyaya Avropanın bütün ölkələrində yaşayan soydaşlarımız da qatılıblar. 

Mitinqin keçirilməsində əsas məqsəd  “Xocalıya ədalət” haqq səsinə qoşulmaq və dəstək nümayiş etdirmək olub.

Mitinqə Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də, Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb.

Mitinqin gedişi, səsləndirilən fikirlərlə bağlı geniş videonu təqdim edirik:


Paylaş

Bizi Facebookda izləyin
menu
menu