Tarixi əlaqələr yeni mərhələyə qədəm qoydu: Azərbaycan-İtaliya əməkdaşlığı inkişafdadır

Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa ölkələri ilə qurulmuş əlaqələr ölkəmizin xarici siyasətində prioritet təşkil edir. Bu, diplomatik əlaqələr ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında müəyyən rola malik olublar. Belə ölkələrdən biri də İtaliyadır ki, 1 yanvar 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb, 8 may 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilib.

Bununla da iki ölkə arasında siyasi, iqtisadi, mədəni və enerji sahəsində əməkdaşlığın əsası qoyulub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in sənəd və qərarlarına uyğun olaraq, həmçinin onun himayəsi altında davam edən danışıqlar prosesi əsasında sülh yolu ilə həll edilməsi rəsmi Romanın xarici siaysət kursunda həmişə ön planda olub. ATƏT-in Minsk qrupuna üzv dövlətlərdən biri olan İtaliyan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Dağlıq Qarabağ münaqişəsinin BMT-nin müvafiq 4 qətnaməsi çərçivəsində həll edilməsi ilə bağlı dəyişməz mövqe nümayiş etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə səfərləri də ikitərəfli əlaqələrin dinamizminə təsir edib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 dəfə İtaliyaya səfər edib. Bunlardan üçü rəsmi səfər (fevral 2005, noyabr 2008, iyul 2014) və ikisi işgüzar (iyun 2011 və iyul 2015) səfər olub. Həmin səfərlər zamanı cənab Prezident aşağıdakı görüşlər keçirib. Məhz həmin görüşlər zamanı aparılan danışıqların nəticəsi olaraq İtaliya inestisiyalarının Azərbaycan iqtisadiyyatına yönəldilməsinə, xarici investisiyalı təşkilat, firma, onların nümayəndəliklərinin fəaliyyət göstərməsinə, birgə iqtisadi layihələrin icrasına təkan verib. Elə cari ilin 20-21 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri də mövcud əlaqələrin daha da genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, dövlətlər arasında ikitərəfli münasibətlər kontekstində dövlət səfəri səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Bu dəfəki səfər Azərbaycan dövlət başçısının İtaliyaya ilk dövlət səfəridir. Eyni zamanda bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da dövlətimizə və onun dövlət başçısına göstərilən xüsusi diqqətdən irəli gəlir. Siyai ekspertlər hesab edirlər ki, prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri müstəsna əhəmiyyətə malikdir. Belə ki, səfər zamanı Azərbaycanın dövlət başçısına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərilib. Bkonkret olaraq fevralın 20-də Romada Kuirinale Sarayında (Prezident Sarayı) rəsmi qarşılanma mərasimi zamanı Prezident İlham Əliyevisüvari dəstəsi müşayiət edib, onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayb. Bununla yanaşı, Azərbaycan Prezidenti və Birinci xanımı həmin gün Romada "Altare della Patria" memorial kompleksində naməlum əsgər abidəsini ziyarət edərkən dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüş, mərkəzi meydan avtomobillərin hərəkəti üçün bağlanıb. Həmçinin dövlət səfərinin proqramı da zənginliyi ilə fərqlənib. Əvvəlcə, prezident İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşü baş tutub. Daha sonra Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Cüzeppe Konte, İtaliya Parlamentinin Senatının sədri Maria Elisabetta Alberti Kaselatti və Deputatlar Palatasının sədri Roberto Fiko görüşlər keçirib. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb ki, onlardan 17-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra onların iştirakı ilə imzalanaraq mübadilə olunub. Digər sənədlər səfərin ikinci günündə baş tutmuş biznes forum çərçivəsində imzalanıb. Bu sənədlər isə siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrini əhatə edir. Birmənalı şəkildə qeyd edilməlidir ki, prezident İlham Əliyevin Romaya səfəri Azərbaycan və İtaliya arasında münasibətlərin daha da inkişafına təkan verəcək. Səfərin nəticələri deməyə əsas verir ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir.Təcrübəyə əsasən, ölkələr arasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir. Həm də nəzərə alınmalıdır ki, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Görüşlərdə İtaliya tərəfindən Azərbaycanın çox vacib regionda yerləşməsi, çətin bir regionda yerləşməsinə baxmayaraq çox uğurlu siyasət aparması və qonşu ölkələrlə sıx münasibətlər qurması, habelə ölkəmizin dünyəvilik ənənələri vacib amillər kimi qeyd olundu. Paralel olaraq İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir. Hazırkı səfər çərçivəsində imzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanmasıbu sənədin siyasi yükünü daha da artırır. Sözügedən Birgə Bəyannamənin təsdiq edilməsi mühüm siyasi sənəd olmaqla münasibətlərin inkişafına və gələcək əməkdaşlığın istiqamətlərinə güclü zəmin yaradır, qarşılıqlı maraq doğuran qlobal və regional məsələləri müzakirə etmək üçün strateji əhəmiyyət kəsb edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu