İtaliya Azərbaycanın ən böyük ticarət partnyorudur - İqtisadçı

"İtaliya Azərbaycanın ən böyük ticarət partnyorudur".

Bu sözləri Sherg.az-a deputat Tahir Mirkişili İtaliya-Azərbaycan əlaqələrindən danışarkən deyib.

O, bildirib ki, digər tərəfdən hər iki ölkənin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında səyləri mühüm əhəmiyyət daşıyır:



"İki ölkə arasında strateji əməkdaşlığın güclənməsi, beynəlxalq hüquq çərçivəsində eyni dəyərləri bölüşməsi həm Avropa Birliyi, həm də Qafqaz regionu üçün vacib perspektivlər vəd edir. İkitərəfli əlaqələrin möhkəmlənməsi yolunda Azərbaycan Prezidentinin apardığı xarici siyasət bütün istiqamətlərdə öz bəhrəsini verir və İtaliyanın bir daha Azərbaycanın ərazi bütövlüyünü prinsipial olaraq dəstəkləməsi buna misaldır.

Cənab Prezidentin İtaliyaya dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan öz dəyərləri və imkanları ilə regionda nüfuz dairəsini genişləndirir və bu genişlənmə regionun inkişafında maraqlı olan hər bir ölkə üçün cəlbedicidir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu