Bakıda daha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı

Daha bir avtobus sürücüsünün qaydaları kobud surətdə pozmasının görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, 35 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü bütün yol boyu mobil telefonla danışıb. 

Sürücünün sükan arxasında telefonla danışdığına dair videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Paylaşım edən şəxs videonun yanvarın 22-də lentə alındığını qeyd edib:

“35 nömrəli avtobusun sürücüsü demək olar ki, bütün yol boyu telefonla danışıb. Bakıxanovda yerləşən “Badu Kübə” restorandan Əhmədli metrosuna qədər telefonu yerə qoymayıb”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu