MSK Sevinc Fətəliyevanın xeyrinə qərar çıxardı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 30  saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə bir neçə namizədin müraciəti müzakirəyə çıxarılıb. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

Şikayətdə qeyd olunub ki, həmin dairə üzrə seçkinin nəticələri etibarsız sayılmalıdır. 

İlham Məmmədov söyləyib ki, araşdırma zamanı müraciətdə göstərilən hüquq pozuntuları öz təsdiqini tapmayıb. 

MSK qərara alıb ki, namizədlərin müraciəti təmin edilməsin və Dairə Seçki Komissiyasının qərarı qüvvədə saxlanılsın.

Qeyd edək ki, həmin dairədə lider namizəd Sevinc Fətəliyevadır. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu