Əməkdar artistin vəziyyəti pisləşdi: Əməliyyat olunacaq

Səhhətində ciddi problemlər olan Əməkdar artist Rəhman Rəhmanov Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Bu barədə Oxu.Az-a R.Rəhmanov özü açıqlama verib.

Sənətçi vəziyyətinin ağır olduğunu, bir neçə saatdan sonra əməliyyat olunacağını söyləyib:

“Ötən gün vəziyyətim kritik idi. Komaya düşdüm. Koma vəziyyətində təcili olaraq 6 saylı xəstəxanaya yerləşdirildim. Amma bir azdan əməliyyata girəcəyəm. Məni çox ağır iki əməliyyat gözləyir. Biri bu gün, digəri isə çərşənbə axşamı olacaq”.

Əməkdar artist, Kukla Teatrının baş rejissoru Qurban Məsimovun Yenicağaz-a onun barəsində verdiyi “Rəhman müəllim təcili əməliyyat edilməlidir. Bunun üçün xəstəxanaya ödəniş olunmalıdır. Hələlik o məbləğ olmadığı üçün həkimlər gözləyir. Biz və yaxınları bu məbləğin toplanmasına çalışırıq” açıqlamısa sərt reaksiya verdi:

“Qurban məsləhətləşməmiş nahaq belə bir açıqlama yayıb. Mən heç kimə ağız açmamışam və deməmişəm ki əməliyyatıma pulum yoxdur. Özümə nə gəlib? Bu gün xanımım əməliyyat pulunu xəstəxanaya ödəyib. Belə cılız məsələlərlə gündəmə gəlmək istəmirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu