Şirkət rəhbəri müsəlman kişilərlə bağlı tələb qoydu

“Ryaneyr” aviaşirkətinin rəhbəri Maykl Oliri müsəlman kişilərə qarşı əlavə antiterror yoxlanışının keçirilməsini tələb edib.

Axar.az xəbər verir ki, bu məlumatı “San” qəzeti yayıb.

Olirinin bəyanatı Britaniya parlamentinin üzvləri və bir sıra təşkilatlar tərəfindən kəskin tənqidə məruz qalıb. O, islamofobiya və rasizmdə ittiham edilib.

Britaniyanın Leyborist Partiyasından olan deputat Xalid Mahmud “Ryaneyr” rəhbərinin bəyanatının icmalar münasibətdə vəziyyəti pisləşdirəcəyini deyib. O bu açıqlamanın faşizmi müdafiə edən şəxslərin dəstəklənməsi üçün verildiyini bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu