Lerikdə ağır qəza: Avtomobil dərəyə yuvarlandı

Lerikdə avtomobil dərəyə yuvarlanıb.

APA-nın məlumatına görə, hadisə rayonun ucqar dağ kəndi olan Orandda qeydə alınıb. Mail Rəhimovun idarə etdiyi "UAZ" markalı avtomobil dərəyə aşıb. Hadisə yerində sərnişinlər arasında olan 4 azyaşlıdan biri, 2018-ci il təvəllüdlü Hüseyn Rəhimzadə Xəqani oğlu dünyasını dəyişib.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1993-cü il təvəllüdlü Elnarə Hacıbaba qızı Rəhimli, 2012-ci il təvəllüdlü Zəhra Xəqani qızı Rəhimli, 2016-cı il təvəllüdlü Nigar Xəqani qızı Rəhimli və 2017-ci il təvəllüdlü Hüseynəli Faiq oğlu Rəhimli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov xəstəxananın reanimasiya şöbəsində ölüb.

Sürücü M.Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində ölən və yaralananlar Orand kənd sakinləridir.

Maşının idarəetmədən çıxmasına səbəb kimi yolun qarla örtülü olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu