Daha bir məntəqənin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 82 saylı Ağcabədi Seçki Dairəsi üzrə daxil olan müraciət müzakirəyə çıxarılıb. 

Oxu.Az-ın xəbərinə görə, iclasda həmin dairənin 3 saylı seçki məntəqəsində qanun pozuntularının olduğu bildirilib. 

MSK qərara alıb ki, 82 saylı Ağcabədi Seçki Dairəsinin 3 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılsın. 

Qeyd edək ki, həmin dairənin lider namizədi Tahir Rzayevdir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu