Ləman Ələşrəfqızının şikayəti növbəti iclasa qaldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında jurnalist Ləman Ələşrəfqızının müraciəti müzakirəyə çıxarılıb.

Deputatlığa namizəd İsmayılova Ləman Ələşrəf qızının müraciəti haqqında MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən qeydə alınmış namizəd dairə üzrə seçkilərin nəticələrinin ləğvini tələb edib.

A.Muxtarova jurnalistin əvvəlcədən etdiyi şikayətinin araşdırıldığını, əlavə təqdim etdiyi protokolların sonradan araşdırıla biləcəyini qeyd etdi.

MSK-nın ekspert qrupunun rəyi ilə Ləman Ələşrəfqızının müraciətinə baxılması sonrakı iclaslara saxlanıldı.

Qeyd edək ki, həmin dairədən lider namizəd Aqiyə Naxçıvanlıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu