Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 556 nəfərə çatıb



Cənubi Koreyada yeni növ COVID-19 koronavirusuna daha 123 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 556 nəfərə çatıb.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 76 936, ölənlərin sayı isə 2442 nəfərdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu