İranda koronavirus qurbanlarının sayı 6 nəfərə çatıb


İranda yeni növ koronavirusun səbəb olduğu pnevmoniya nəticəsində altıncı ölüm faktı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Markazi əyalətinin qubernatoru Əli Ağazadə açıqlamasında deyib.

“Əyalətdə bir nəfərin koronavirusdan öldüyü təsdiqləndi”, - deyə “IRNA” ondan sitat gətirib.


İranda koronavirusun səbəb olduğu xəstəliyə ilk yoluxma haqqında məlumat fevralın 19-da ortaya çıxıb. Bu günə qədər 28 yoluxma halının qeydə alındığı bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu