İrandan gələn 3 nəfər müşahidə altına alındı - Təhlükə

Türkiyənin Van əyalətində yeni tip koronavirus şübhəsi ilə 3 nəfər xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, ötən gün Vanın Saray qəsəbəsindəki “Qapıköy” sərhəd-keçid məntəqəsindən ölkəsinə gələn 3 Türkiyə vətəndaşında yüksək hərarət aşkar edilib.

Dərhal həmin şəxslər Tibb Elmləri Universiteti Van Təhsil və Araşdırma Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilərək müşahidə altında saxlanılıb.

Qeyd edək ki, İranda koronavirusdan 6 nəfər ölüb, yoluxanların sayı isə 28-ə çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu