Siçan əlini dişlədi, məhv oldu: 66 əməliyyat keçirdi


Bir ana, kiçik bir siçanın əlini dişləməsindən sonra 66 əməliyyat keçirmək məcburiyyətində qalıb. 
Shaninlea Shan Visseri 2017-ci ilin yanvarında bir siçan dişləyib.  Qadın bu kiçik hadisənin onun həyatını kabusa çevirəcəyindən xəbərsiz idi.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Cənub Afrikalı ana, keçmiş müdirinin evində olarkən siçan baş barmağıyla işarə barmağı arasında qalan yerdən dişləyib.



Qadın əvvəlcə əhəmiyyət verməyib. Ancaq hadisədən iki gün keçdiyikdən sonra yerə yıxılıb və dərhal xəstəxanaya aparılıb.

Dişləmə səbəbiylə qan zəhərlənməsi yaşayan qadının həyati orqanları sıradan çıxmağa başlayır və qadın şoka düşür.

36 yaşlı qadın yaşadıqlarını belə izah edir: "Əllərimi alov götürmüş kimi hiss edirdim və dözülməz bir ağrılar keçirdim. Keçmiş müdirim məni xəstəxanaya yetişdirdi."

Qadının ailəsinə və gənc qızı Kiaraya Shanın həyatda qalma şansının çox az olduğu deyildi və Shanın həyatını qurtarmaq üçün əlindən gələni edən həkimlər qadını 11 gün süni komaya salıb.


Həkimlər Shanın burnunu, dodaqlarını, diz altından iki ayağını və hər iki qolunu  dirsəyinə kimi kəsmək məcburiyyətində qalıb.

Shan daha sonra çənəsini və dodaqlarını yenidən tikmək üçün əməliyyatlar keçirib.

"Bu günə qədər 66 əməliyyat keçirdim" deyən gənc qadın, həyatda qalma mübarizəsini ictimai media hesablarından paylaşaraq bənzər hadisə yaşayanlara yardımçı olmağa çalışır.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu