Dağlara qar deyiblər - Bakıda duman, çiskin gözlənilir


Fevralın 24-də Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu,  əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  9-11° isti olacaq. Atmosfer  təzyiqi  765 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz  12-17°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti  olacaq.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu