Türkiyədə zəlzələdən ölənlərin sayı 8 nəfərə çatıb - YENİLƏNİB-2



Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda ölənlərin sayı 8 nəfərə çatıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Xilasetmə əməliyyatları davam edir. 

REKLAM

Learn more

***

saat 12.57

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 21 nəfər yaralanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə  Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib ki, yaralılardan 8-nin durumu ağırdır.

Təbii fəlakət zonasına xilasetmə briqadaları cəlb edilib. 

***

saat 12.30

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirib.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

***

saat 12.08

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin Van rayonunun Başqala qəsəbəsində dağıntılar altında qalan 3-ü uşaq olmaqla, 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib. 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu