Abşeronda 21 yaşlı gənc kəndirlə özünü asdı


Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Pirəkəşkül qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-ci il təvəllüdlü Məmmədov Yaşar Qoşqar oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihara cəhd edib.

Lakin, yaxınlarının köməkliyi ilə onu ölümdən xilas etmək mümkün olub.

21 yaşlı gənc hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona boyun fəqərələrinin kəskin əziyi və boğulma diaqnozu qoyulub.

Koma vəziyyətində olan gənc reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu