Türkiyə Naxçıvanla sərhəd-keçid məntəqəsində gediş-gəlişi məhdudlaşdıracaq


Türkiyə İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ilə sərhəddəki açılan Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdıracaq.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F. Qoca deyib ki, İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanması ilə yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsində də gediş-gəliş məhdudlaşdırılacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu