Sumqayıt 3-cü Seçki Dairəsi ilə bağlı da QƏRAR VERİLDİ


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, iclasda bildirilib ki, həmin dairə üzrə namizəd Mehriban Mirzəliyevanın müraciətində həmin dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb.

Q.Orucov təklif edib ki, şikayət əsassız hesab edilsin və DSK-nın qərarı qüvvədə saxlanılısın. Təklif səsə qoyularaq qəbul edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu