Pakistan koronavirus səbəbindən İranla sərhədi bağlayıb

Bu gün Pakistan Taftan sərhəd məntəqəsi İranla nəqliyyat əlaqələrini müvəqqəti olaraq bağlayıb.
Trend-in məlumatına görə, bu barədə "Dawn" telekanalına Belucistan vilayətinin Daxili İşlər naziri Mir Ziyaulla Lanqvoe bildirib.

İranda bu günə qədər 43 koronavirusla yoluxma hadisəsi qeydə alınıb, onlardan səkkizi ölümlə nəticələnib.

Pakistanın sərhəd Bəlucistan əyalətinin hökuməti daha əvvəl İranla həmsərhəd olan bütün ərazilərdə fövqəladə vəziyyət elan etmiş və zəvvarların Pakistandan bu ölkəyə getməsini qadağan etmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu