İranda daha bir GÜCLÜ ZƏLZƏLƏ oldu


İranın Qərbi Azərbaycan vilayətində 5,7 bal gücündə zəlzələ baş verib.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, zəlzələ fevralın 23-ü yerli vaxtla saat 19:30-da qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların ocağı 28 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri Zәrabad şәhәrindәn 21 kilometr məsafədə olub.

İnsan itkisi haqda məlumat verilməyib.

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu