Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Milli.Az xəbər verir ki, XİN-in yaydığı məlumatda bildirilir: "Qardaş Türkiyənin Van şəhərində baş verən zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik".

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu