Bakı-Sumqayıt yolunda böyük tıxac yarandı

Bakı-Sumqayıt yolunda paytaxt istiqamətində tıxac yaranıb.

Oxu.Az xəbər verir ki, yolun Abşeron rayonu Masazır dairəsindən keçən hissəsindən başlayan sıxlıq 20 Yanvar dairəsinə qədər davam edir.

Sıxlıq səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti iflic olub.

Yaranan tıxac yolun genişləndirilməsi işləri ilə əlaqədardır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu