Koronavirus təhlükəsi sovuşur: “Toyota” Çində fəaliyyətini bərpa etdi

Bir müddət əvvəl Çindəki zavodlarını bağlayan “Toyota” şirkəti fəaliyyətini bərpa edib.

“NHK” xəbər verir ki, koronavirusla əlaqədar bağlanan dörd zavod artıq işə başlayıb.

Lakin hazırkı istehsal həcmi koronavirus yayılana qədər olan istehsal göstəricisinin yarısını təşkil edir.

Çin Xalq Respublikasının (ÇXR) Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin son məlumatına əsasən, ölkədə virusa tutulanların sayı 77 150 nəfərdir, ölənlərin sayı isə 2 592 nəfərə çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu