İranda yenidən zəlzələ olub

İranda yenidən zəlzələ baş verib. “Haber Global”ın Tehran Universiteti Seysmoloji Mərkəzinə əsasən yaydığı məlumata görə, zəlzələ yerli vaxtla 04:03-də meydana gəlib.

4,9 bal gücündə baş verən zəlzələ İranın cənubunda Kirman əyalətinin Raver rayonunda qeyd edilib.

Təkanın episentri 10 kilometr dərinlikdə olub.

Qeyd edək ki, fevralın 23-də İranın Qərbi Azərbaycan əyalətinin Qotur rayonunda 5,7 bal və Xoy şəhərinin Zərdab bölgəsində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu