Prezident Ponomaryovu təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İqor Anatolyeviç Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat verib. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, 24 fevral 1960-cı ildə Bakıda doğulan İqor Ponomaryov “Neftçi Bakı” klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan Ponomaryov yerli “Norrçyopinq” komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, “Qarabağ” və “Xəzər-Lənkəran”, eləcə də Rusiyanın “Maşuk-KMV” komandalarına rəhbərlik edib.

Hazırda “Sabah” klubunuun müşahidə şurasının üzvüdür.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu