İranda koronavirusdan ölənlərin sayı artdı

Bu gün İran İslam Şurası Məclisində (parlament) koronavirusun yayılması ilə əlaqədar qapalı iclas keçiriləcək.

Axar.az xəbər verir ki, İranın səhiyyə naziri iclasa dəvət olunub. Nazir yaranmış vəziyyətlə bağlı görülən tədbirlər və qarşıda duran vəzifələr barəsində məlumat verəcək.

Bu gün Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur İranda koronavirusdan ölənlərin sayının 12-yə çatdığını bildirib.

Qeyd edək ki, profilaktiki tədbirlərin keçirilməsinə baxmayaraq virus yayılma məkanını genişləndirib. İranın Gilan, Mazandaran, Ərak, Qum vilayətlərində yoluxanların sayı daha çoxdur.

Qeyri-rəsmi məlumatlarda ölənlərin sayının 18-a çatdığı bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu