Şagird həm Bakıda, həm də ABŞ-da təhsil aldı, saxtakar direktor işdən çıxarıldı

Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məktəbin direktoru Həsənova Firəngiz Eldar qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən və 69-cu maddəsinin 3-cü bəndində göstərilən qaydada xitam verilib:

“Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun böyük məsləhətçisi Rəşad Alcanova həvalə edilib”.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri 53 nömrəli məktəbin direktoru Firəngiz Həsənovanın işində ciddi saxtakarlığa yol verməsi barədə məlumat yaymışdı.

Ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirməklə bərabər, 53 nömrəli məktəbin X sinif şagirdi kimi təhsil alır. Çünki direktor onun “kağız üzərində təhsil almasına” şərait yaradıb. 

Direktor bu işdən “qurtulmaq” adı altında bütün müəllimlərdən adambaşına 150-200 manat yığıb.

O, həmçinin, məktəbə qeyri-rəsmi şəkildə işçilər götürürmüş. Bütün bunlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma başlanılmışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu