Vasif Talıbov yenidən Naxçıvan Ali Məclisinə sədr seçildi

Bu gün Naxçıvan Ali Məclisinin birinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Ali Məclisinin sədri və müavinləri, ö cümlədən komitə sədrləri və müavinləri seçilib.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında təşkilati məsələlərə baxılıb.

Sessiyanın gündəliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi, Ali Məclis Sədrinin müavinlərinin seçilməsi, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələlər olub.

Vasif Talıbov yenidən Naxçıvan Ali Məclisinin sədri seçilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu