Tahir Rzayev “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tahir Musa oğlu Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, T.Rzayev şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu